"7-dən 17-yə Vətənpərvər" layihəsi

Konstitusiya və Suverenlik ilində "7-dən 17-yə Vətənpərvər" layihəsi çərçivəsində məktəbin UBTR-i S. Mustafayeva tərəfindən ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə "Liderin ürəyi" adlı sənədli film IX sinif şagirdlərə izlədildi. Film, Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə üçün göstərdiyi xidmətləri və liderlik keyfiyyətlərini əks etdirir, eyni zamanda gənc nəsildə vətənpərvərlik və milli ruh hisslərini gücləndirir.