"Son Zəng"

14.06.2025-ci il tarixində məktəbimizdə "Son Zəng" tədbiri keçirildi. Tədbirdə Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri, bələdiyyə nümayəndəsi, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak etdi. Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Yelena Yusubova 2024-2025-ci tədris ilində məktəbdə görülən fəaliyyət, şagirdlərin naliyyətləri, müsabiqə qalibləri, IX və XI sinif buraxılış imtahan nəticələri haqqında tədbir iştirakçılarına məlumat verdi, qarşıda duran hədəfləri açıqladı. Məzunları təbrik etdi, bildirdi ki, bu gün sizin üçün çalınan “Son Zəng” müstəqil həyatda qazandığınız uğurların başlanğıcı olsun. Səsiniz-sorağınız yüksəklərdən gəlsin. Harda olursunuzsa olun, vətənə layiqli övlad olun, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi üçün töhfənizi verin. Doğma məktəbinizi, üzərinizdə əməyi olan qayğıkeş müəllimlərinizi heç vaxt unutmayın. Yolunuz açıq olsun! Uğur hər zaman sizinlə olsun! Tədbirdə çıxış edən XI sinif rəhbərləri, məzunların ilk müəllimləri onları təbrik etdi, arzularını bildirdi. Məzunların valideynləri övladlarının üzərində əməyi olan müəllimlərə, məktəb rəhbərliyinə təşəkkür etdilər.
Məzunların ifasında musiqili nömrələr və rəqs kompozisiyaları tədbirə xüsusi rəng qatdı. Sonda ənənəyə uyğun olaraq "Son Zəng" çalındı.