2024-2025-ci tədris ilinin yekunlarına dair növbəti pedaqoji şura keçirildi.

13.06.2025-ci il tarixində 2024-2025-ci tədris ilinin yekunlarına dair növbəti pedaqoji şura keçirildi. Gündəlikdə duran məsələlər haqqında məktəb rəhbərləyi məlumat verdi. 2024-2025-ci tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının nəticələri pedoqoji kollektivlə müzakirə edildi. Təlim-tərbiyə işləri üzrə direktor müavininin yay-tədris tapşırıqlarının verilməsi və illik hesabat haqqında çıxışı dinlənildi. Gələcək tədris ili ilə bağlı müəyyən müzakirələr olundu. Sonda 2024-2025-ci tədris ilində uğurlu fəaliyyətlərinə görə bir qrup müəllim və inzibati işlərdə yüksək fəallığına görə laborantlar təltif olundular. Növbəti tədris ilində yeni-yeni uğurlar qazanmaq diləyi ilə hər kəsə xoş istirahətlər arzulayırıq. Bu cür müvəffəqiyyətlərin davamlı olmasını diləyirik!