"Heydər Əliyev mənim gözümlə" adlı inşa müsabiqəsi

Konstitusiya və Suverenlik ilində "7-dən 17-yə Vətənpərvər" layihəsi çərçivəsində məktəbin UBTR-i S. Mustafayeva və dil-ədəbiyyat müəllimləri A. Güliyeva, S. Əliyeva tərəfindən VII siniflər arasında "Heydər Əliyev mənim gözümlə" adlı inşa müsabiqəsi keçirildi. Müsabiqə ümummilli lider Heydər Əliyevin həyatını və fəaliyyətini gənc nəsil arasında təbliğ etmək, onları onun ideyalarına və Azərbaycan dövlətçiliyinə olan bağlılığa yönəltmək məqsədini daşıyırdı. Şagirdlər müsabiqə vasitəsilə Heydər Əliyevin əziz xatirəsini yaşatmaqla yanaşı, öz baxışlarını və duyğularını da ifadə etdilər.