"Əsgərə Məktub" adlı onlayn esse müsabiqəsi
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Əsgərə Məktub" adlı onlayn esse müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri iştirak etmişlər. Müsabiqəni təşkil etməkdə məqsəd şagirdlərdə vətənpərvərlik hisslərini aşılamaqdan ibarət olmuşdur. Məktəbin şagirdləri də, bu müsabiqədə fəal iştirak edərək "Əsgərə Məktub" adlı gözəl esse nümunələri hazırlamışlar.