" Avro asiya " çempionatının qalibi Məktəbin XI a sinif şagirdi Sənan Əliyev Gürcüstanda Kikboksinq idman növü üzrə 4 -cü dəfə " Avro asiya " çempionatının birinciliyini əldə edərək qələbə qazanıb.
Nəsimi dühas ı- 650 il 23 oktyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 30, 99, 100 və 143 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 99 nömrəli tam orta məktəbin akt zalında növbəti tədbir keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbir daha sonra bədii hissə ilə davam etdirildi. Tam orta məktəblərin şagirdlərinin ifasında müxtəlif qəzəllər ifa edildi, Topal Teymurla Nəsiminin dialoqunun əks olunduğu kompozisiya nümayiş etdirildi. Tədbirdə çıxış edən 99 nömrəli tam orta məktəbin direktoru Ofeliya Məmmədova qonaqları salamladı, bu cür tədbirlərin əhəmiyyətindən bəhs etdi. YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxış edərək Nəsimi yaradıcılığının zənginliyindən danışdı. Qeyd etdi ki, Nəsimi fəlsəfəsi daim araşdırılmalı, gənclərə, bütün cəmiyyətimizə çatdırılmalıdır. Biz ziyalı, elmli, istedadlı şəxsiyyətlərimizlə daim fəxr edərək onların dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynamalıyıq. O, həmçinin layihəyə qoşulan tam orta məktəblərin rəhbərliyinə, kollektivlərinə, şagirdlərə minnətdarlığını bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi. Qeyd edək ki, layihə çərçivəsində Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə - musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.
Müəllimimiz " III Qrant Müsabiqə" nin qalıbı olubTəhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsi "Təhsil kouçları"nın hazırlanması və kouçluq sisteminin təşkil edilməsi layihəsinin qalibi məktəbimizin müəllimi Arzu Mikayılova olmuşdur.Şagirdlərimizə elm və həyat yolunda yol yoldaşı olmaq, onların kariyerasına mayak olmaq, təhsil və gündəlik problemlərinin öhdəsindən gəlmələrinə kömək etmək və beləliklə onların həyatlarında silinməz izlər buraxmaq istəyiriksə təhsil kouçu olmalıyıq. Bu layihə şagirdlərlə işləməyi sevən, təhsildəki innovasiyalarla maraqlanan, ictimai fayda verməkdən həzz alan, dinamik orta məktəb müəllimləri üçündür. Layihədə iştirak etmək istəyən müəllimlər qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçən müəllimlərin arasından müsahibə yolu ilə 3 nəfər ən uyğun namizəd seçilərək təlimlərə cəlb olunub. Təlimin nəticəsində müəllimlərə təhsil kouçu sertifikatı veriləcək və məktəbdə təhsil kouçluğu kabinetində kouçluq fəaliyyətinə başlamaları təşkil olunacaq.