Nailiyyətlərimiz

Vətən Müharibəsi-Qarabağ Zəfəri27 yanvar 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turu keçirilmişdir. Müsabiqədə fərqlənən iştirakçılar müvafiq dərəcəli “Diplom”, “Təşəkkürnamə” və xatirə hədiyyəsi ilə mükafatlandırıldılar. Məktəbimizi təmsil edən VIII b sinif şagirdi Səma Babayeva “Təşəkkürnamə” ilə təltif olundu.

"Azərbaycan dili-milli varlığımızdır" onlayn esse müsabiqəsinin qalibləri"Azərbaycan dili-milli varlığımızdır" mövzusunda keçirilən onlayn esse müsabiqəsində məktəbin şagirdləri Fidan Əzimzadə I yerə, Rüşaniyə Nizaməddinova isə III yerə layiq görülmüşdür. Şagirdlərimizin uğurlarında əməyi olan "Ailə və ətraf mühit", "Gənc bioloq" dərnəklərinin rəhbəri Elvira İsmayılovaya məktəb adından öz dərin minnətdarlığımızı bildiririk. Hər iki şagirdimizi təbrik edirik!

Ən yüksək nəticələr14 sentyabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Məmmədəmin Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilmişdir. Məktəbin direktoru Rübabə Abdullayeva və məktəbin ən yüksək bal toplayan məzunu Günay Orucəliyeva fəxri fərmanla təltif olundu.

HAQQIMIZDA

       Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb 1959-cu ildə tikilib istifad...

BİZİM FƏXRLƏRİMİZ

Yusif Hüseynov Eldəniz

Ülviyyə Hacıyeva Nurəhməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi