Əbədi müstəqilliyimiz
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Bu gün Müstəqillik Günü ilə əlaqədar olaraq məktəbimizin 8-ci və 9- cu sinif şagirdləri arasında “ Vətən eşqi məktəbində can verməyi öyrənmişik. Usatadımız demiş heçdir vətənsiz can, Azərbaycan! ” , “Qarabağ Azərbaycanındır!’, “ Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır”, " Azadlığın al rəmzi var bayrağında. Bayrağına canım qurban, Azərbaycan!" adlı inşa müsabiqəsi keçirilib.