Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsi

      Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsi "Təhsil kouçları"nın hazırlanması və kouçluq sisteminin təşkil edilməsi layihəsinin qalibi məktəbimizin müəllimi Arzu Mikayılova olmuşdur. 17 oktyabr 2019-cu il tarixində layihənin pedaqoji içtimaiyyətə təqdimat mərasimi keçiriləcək. Şagirdlərinizin elm və həyat yolunda yol yoldaşı olmaq, onların kariyerasına mayak olmaq, təhsil və gündəlik problemlərinin öhdəsindən gəlmələrinə kömək etmək və beləliklə onların həyatlarında silinməz izlər buraxmaq istəyiriksə təhsil kouçu olmalıyıq. Bu layihə şagirdlərlə işləməyi sevən, təhsildəki innovasiyalarla maraqlanan, ictimai fayda verməkdən həzz alan, dinamik orta məktəb müəllimləri üçündür. Layihədə iştirak etmək istəyən müəllimlər qeydiyyatdan keçməlidirlər. Sonra qeydiyyatdan keçən müəllimlərin arasından müsahibə yolu ilə 3 nəfər ən uyğun namizəd seçilərək təlimlərə cəlb olunacaqlar. Təlimin nəticəsində müəllimlərə təhsil kouçu sertifikatı veriləcək və məktəbdə təhsil kouçluğu kabinetində kouçluq fəaliyyətinə başlamaları təşkil olunacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi