Bakı Ekspo Mərkəzində

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçirilib. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək göstərir. “EduExpo” sərgisi Azərbaycanda təhsil xidmətlərinin təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır.

Oktyabrın 11 – də məktəbin bir qrup müəllim və şagird heyəti Bakı Ekspo Mərkəzində keçirilən Təhsil Sərgisində iştirak etdilər. Şagirdlər sərgidə Azərbaycanın aparıcı dövlət və özəl universitetləri daxil olmaqla 37 təhsil müəssisəsi ilə tanış oldular. Bu sərgidə iştirak etmək şagirdlərimiz üçün gələcək işlərində daha bir uğura aparan yoldur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi