Onlar üçün yeni dərs ili başlayır
Oktyabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlanması ilə əlaqədar məktəbimizdə tədbir keçirilib.Məktəbin direktoru Rübabə Abdullayeva 5 yaşlıları təbrik edərək onlara gələcək təhsil həyatında uğurlar arzuladı. . İlk məşğələ günü məktəb rəhbərliyi 5 yaşlılar və onların valideynləri ilə görüşdü.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.