Bu gün Bilik Günüdür
Bilik Günunü məktəbimiz şagird və müəllim kollektivi ilə qeyd edib. Ölkəmizdə yeni dərs ili başlayır. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Bilik Gününə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rübabə Abdullayeva şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi.
Sonda birincilərin hazırladıqları kompozisiya nümayiş olundu və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndi.