Son zəng

    İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim" arzusu keçir .Bu gün məktəbin həyəti şarlarla, gül-çiçəklə bəzədilib. Bir kənarda on bir il əvvəl kiçicik əllərindən tutub onları məktəbə gətirən valideynlər, digər tərəfdə isə uşaqların hər şıltaqlığına, hər dəcəlliyinə qayğıkeş bir ata-ana kimi dözən, onlara təkcə bilik verməklə kifayətlənməyib, həm də həyata hazırlayan, düzgün yol göstərən müəllimlər oturub. Tədbirdə BŞTi-nin ictimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Xədicə Quliyeva,  Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Hacıyev iştirak edirdi.Tədbir məzunların “Məktəb illləri” mahnısının sədaları altında öz yerlərini alması ilə başlayır. Himn səslənir. İlk olaraq tədbirə Dövlət bayrağı gətirilir. Ənənəyə görə bayraq 10-cu sinif şagirdlərinə təhvil verilir. Təbrik üçün ilk söz məktəbin direktoru R. Abdullayevaya verilir. Çıxışında məktəbin nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətindən danışır, məzunları təbrik edərək onlara imtahanlarda uğurlar arzulayır. Tədbir məzunların musiqili-bədii çıxışları ilə davam edir. Sonda son zəng səslənir.Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi. Sizə uğurlar olsun ,əziz məzunlar!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi