Əlifba bayramı

    07.06.2019 tarixdə məktəbin Ic sinfində "Прощай Букварь" adlı tədbir keçirilib. Bu bayram hər bir uşağın həyatında əlamətdar bir hadisədir.  Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Biz birincilərin birinci dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi olduq. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Valideynlərə övladlarının  böyük auditoriya qarşısında çıxışına  tamaşa etmək çox xoş idi. Bayram çox təntənəli və maraqlı keçdi.  Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirdilər.  Axı həyatda oxumaqla yanaşı, öyrənməli çox şeylər var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi