Valideynin məktəbdə bir günü

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 2019-cu il tarixli F-66 əmrini əsas tutaraq 31may 2019-cu il tarixdə məktəbimizdə açıq qapı günü keçirildi. Layihədə məktəbə dəvət olunan valideynlər qruplara bölünərək müxtəlif görüşlərdə iştirak etdilər. Valideynlər açıq dərslərdə iştirak etdi. Ümumiyyətlə, məktəbin bir günündə iştirak etmək onlar üçün çox maraqlı oldu. Təhsil sahəsində qarşılıqlı və səmərəli fəaliyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” arasında münasibətlərin düzgün tənzimlənməsi vacib məsələ kimi valideynlərlə görüşdə izah olundu. Sonda valideynler məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi