Əlvida, ibtidai sinif

    Məktəbimizdə IV a sinif şagirdləri tərəfindən "Əlvida, ibtidai təhsil" adlı maraqlı tədbir keçirilib. Məktəbin qabaqcıl və yenilikçi müəllimləırindən olan R.Osmanova yetirmələri ilə əldə etdikləri bilik və bacarıqları məharətlə nümayiş etdiriblər.Əvvəlcə himni oxuyan şagirdlər ardınca şən musiqi sədaları altında səhnəyə toplaşıblar. Şagirdlər öncə təqdimetmədə adlarına həsr olunmuş şeirlərlə özlərini təqdim ediblər. Rəngarəng videoçarx və slaydların müşayiəti ilə dördüncülər müxtəlif şeir və mahnılar ifa edib, əyləncəli səhnəciklər, idman nömrələri və dünya xalqlarının repertuarından rəqslər göstəriblər. Tədbirdə valideynlər, müəllimlər iştirak edirdi.Sonda məktəbin direktoru R. Abdullayeva çıxış edərək, uşaqların bu səviyyədə yetişməsində böyük zəhməti olan Rəfiqə müəlliməni və məktəbliləri dərs ilinin uğurla yekunlaşdırmaları, qazanılan nailiyyətlər münasibətilə ürəkdən təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi