İnsan Hüquqları Günü

    Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.  Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Bununla əlaqədar olaraq bu gün məktəbimizin tarix müəllimi F.Ağamalıyevanın təşkilatçılığı ilə  "İnsan hüquqları Günü" qeyd edildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və  azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunur və hər il olduğu kimi bu il də Ombudsmanın tərəfindən mayın 18-dən iyunun 18-dək ölkədə İnsan Hüquqları Aylığı elan edilmişdir.  Azərbaycan Respublikası bu gün dünyanın demokratik dövləti olaraq öz vətəndaşlarının hüquqlarını tam müdafiə etməyə qadirdir. Sonra məktəbin direktoru R.Abdullayeva çıxış edərək şagirdlərə öz hüquqlarını bilən əsl vətəndaş olmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi