Türkün Ulusu
30.04.2019-cu il tarixdə Xalq şairi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı ilə bağlı məktəbin kitabxanasında dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Şagirdlərimiz şairin həyat və yaradıcılığı barədə geniş məlumat verdilər və şeirlər söylədilər. Bu gün yaşasaydı 87 yaşı olardı. Azadlıq uğrunda qələmi ilə vuruşan, Qarabağ döyüşlərində oğlu Təbrizi şəhid verən Xalq şairimizi gələcək nəsillər heç vaxt unutmayacaq.