Qobustan Milli Tarix-Bədii qoruğunda
Beynəlxalq abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq 21 aprel tarixində məktəbimizin V c sinif şagirdləri Qobustan Milli Tarix-Bədii qoruğunda olmuşlar.Şagirdlərimizə burada Qarabağda erməni vandalizminə məruz qalmış mədəni irsimiz: muzeylər, mədəniyyət evləri, məscidlər, qəbirlər, qədim alban memarlığı abidələri, arxeoloji abidələr, xalçalar və s. haqqında stendlər və videorolik nümayiş olundu.Qobustan abidələrini görməyə gələn məktəbimizin şagirdlərinin böyük marağına səbəb olmuşdur. Muzey əməkdaşları Qarabağ münaqişəsi və münaqişə nəticəsində vandalizmə qalmış mədəni irs abidələri, ümumilikdə Qarabağın maddi və mədəni irsi barədə şagirdlərə məlumat vermişlər.