12 aprel Beynəlxalq Kosmonavtika Günü

 Məktəbimizdə fizika fənn aylığının yekun tədbiri kimi Orucova Tamillanin təşkilatçılığı ilə 12 aprel "Beynəlxalq Kosmonavtika Günü "adlı tədbir keçirilib.Tədbirdə məktəbin müəllim ,valideyn və şagirdləri iştirak edirdi. Gecəni məktəbimizin şagirdlərinin hazırladıqları təqdimat işləri,əyləncəli fizika məsələləri, alimlər haqqında maraqlı faktlar bir qədər da maraqlı etdi. Tədbirimizdə Şamaxı rayon AMEA Astrofizika Rəsədxanasından qonaqlar dəvət olunmuşdu. Qonaqlarımız Şamaxı Astrofizika Rəsədxanasının alimləri Abdullayev Bahadur, İsmayılov Rəcəb, Əliyeva Vüsalə, Ətayi Ədalət idilər.Onlar şagirdlərin suallarına cavab verməklə oradan gətirdikləri teleskop haqqında geniş məlumat verdilər. Tədbirin sonunda məktəbin direktoru R.Abdullayeva çıxış edərək qonaqlara təşəkkürünü bildirdi,bu cür dərin məzmunlu və intellekt tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.

  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi