Şagirdlərimiz Heydər Əliyev Mərkəzində olublar
Bakı Şəhəri Təhsil Nazirliyinin göstərişilə bu gün məktəbimizin şagirdləri Heydər Əliyev Mərkəzinə tur etdilər. Şagirdlərimiz sərgiləri maraqla izlədi. Mərkəzin birinci mərtəbəsində "Azərbaycan inciləri" adlı sərgi fəaliyyət göstərir. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Sərgidə Azərbaycan tarixinin bütün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar vardır.Sərgidə arxeoloji ekspedisiyalar zamanı Qobustan dövlət tarixi-bədii qoruğundan aşkarlanmış qayaüstü təsvirlər, numizmatika məmulatları, zinət əşyaları, orta əsrlərə aid gil və keramika nümunələri, Tövrat, İncil və Quranın qədim əlyazmalarını görmək mümkündür. Eksponatlar arasında həmçinin müxtəlif regionlara məxsus Azərbaycan milli geyim nümunələri və müxtəlif məktəblərə xas Azərbaycan xalçaları da vardır. Burada həm də qədim Azərbaycan musiqi alətləri də sərgilənir ki, ziyarətçilər onlara yaxınlaşmaqla, həm də alətlərin səslənməsini dinləyə bilirlər