"Bir şahidin beş şəhidi"mövzusunda açıq dərs

   Bu gün məktəbimizdə IX A sinfində Ana dili və ədəbiyyat müəllimi Həşimova Gülnarın "Bir şahidin beş şəhidi"mövzusunda açıq dərsi dinlənilib. Dərsdə Xocalı faciəsi ilə bağlı film nümayiş olundu. Tədqiqat işində şagirdlər "Qarabağ həqiqətlərini dünyaya çatdıraq!"adlı divar qəzeti hazırladılar. Dərsin gedişatı boyu Xocalıda törədilən amansız qəddarlıq pisləndi və onun dünyaya çatdırılması yollarından danışıldı.İşğal altında olan torpaqlarımızın geri alınacağı günün çox yaxında olduğunu bildirdilər. Debata qoşulan şagirdlər qəzəbin bəzi hallarda vacib,bəzi məqamlarda lazım gəlmədiyini sübut etməyə çalışdılar. Şagirdlər dərsdə fəal iştirak etdilər. Dərsi dinləyən məktəbimizin direktoru R.Abdullayeva dərsin sonunda şagirdlərə ürək sözlərini söyləyərək, gələcək dərslərində onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi