Məktəbimizdə Şair Vahid Əziziə görüş

   Bakı şəhərinin Binəqədi rayonu   30 № tam orta məktəbdə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvi Vahid Əzizlə  görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, 30 №-li tam orta məktəbin direktoru Rübabə Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, məktəbin müəllim və şagird heyəti iştirak edib. Bu barədə məlumatı Binəqədi RİH yayıb.

Çıxış edən Rübabə Abdullayeva  şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. N.Abdullayeva şairin ilk şeirinin 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edildiyini qeyd edib.Natiq Vahid Əzizin “Dözmək olmur” şeirlər kitabının böyük rəğbətlə qarşılandığını, 40-dan çox mahnısına musiqi bəstələndiyini bildirib.

Çıxış edən Elnur Məmmədov şairin yaradıcılığının böyük bir qismini məhəbbət mövzusu təşkil etdiyini, Vahid Əziz poeziyasının qayəsi, mayası bəşəriyyətin əbədi “problemi” olan eşqdən yoğrulduğunu bildirib. Natiq elə ona görə də Vahid Əziz şeirlərindən söz deyənlər onu sevgi şairi, məhəbbət şairi, nəğməkar şair adlandırıdıqlarını qeyd edib.

Tədbir təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən V.Əziz tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından söhbət açıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.

Sonda məktəbin şagirdlərinin ifasında şairin şeirləri səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi