Məktəbimizdə "Sonsuz bir ümmandır riyaziyyat"adlı tədbir keçirilib

  Bu gün məktəbimizdə riyaziyyat fənni ilə bağlı “Sonsuz bir ümmandır riyaziyyat” adlı gecə  keçirilib. Bu tədbiri məktəbimizin riyaziyyat müəllimləri hazırlamışlar. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Dövlət himni ilə başlayan tədbirdə şagirdlər riyaziyyat elmi barədə maraqlı və əyləncəli məlumatlar verdilər.Bir-birindən maraqlı səhnəciklər,şeirlər,mahnılar söylədilər.Müxtəlif riyazi suallarla iştirakçılara müraciət olundu.Suallara tədbir iştirakçıları həvəslə cavab verdilər. Suallara cavab verənlərə riyaziyyata aid kiçik hədiyyələr təqdim edildi Tədbirin sonunda söz məktəbin direktoru Rübabə Abdullayevaya verildi.O,məktəbimizin müəllimlərinə, şagirdlərinə və valideyinlərinə öz xoş fikirlərini bildirdi,şagirdləri təbrik edərək, onlara dərslərində və ictimai fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi