Məktəbimizdə böyük summativ qiymətləndirilmələrə start verildi.
Birinci yarımilin sonuncu həftəsində şagirdlərimizin bilik və bacarıqlarının yoxlanılması məqsədilə böyük summativ qiymətləndirilmələrin keçirilməsinə başlanıldı.Qiymətləndirilmənin sualları məzmun xəttinə,standartlara uyğun şəkildə fənn müəllimləri tərəfindən tərtib edilərək müdriyyətə təqdim olundu. Rəhbərlik tərəfindən yoxlanıldıqdan sonra qapalı və açıq test suallarından ibarət sual kitabçaları və böyük summativ qiymətləndirilmələrin keçirilməsi barədə qrafik tərtib olundu. Bu gündən etibarən BSQ tələb olunan fənnlər üzrə müvafiq siniflərdə qiymətləndirilmənin keçirilməsinə başlanıldı.