Məktəbimizdə "Bacarıqlı əllər" adlı sərgi nümayiş olunub

 Bu gün məktəbimizdə maraqlı bir sərgi nümayiş olundu. İbtidai sinif şagirdlərinin sərgilədiyi " Bacarıqlı əllər" adlı sərgi hamının marağına səbəb oldu.Sərgidə bütün ibtidai siniflər iştirak edirdi. Əl işlərindən hazırlanmış əşyalar bir-birindən gözəl və maraqlı idi.İstedadlı şagirdllərimiz həvəslə hazırladıqları əl işlərinin nümayişini gördükcə sevinirdilər. Sərgi məktəbimizin girişində təşkil olunmuşdu.Valideynlərin də diqqətinə səbəb olan sərgi 3 gün davam etdi. Bu sərgi həm də yarış meydançasına çevrilmışdi.Müəllimlərdən ibarət münsiflər heyəti çətinliklə də olsa "yaxşıların yaxşısını" seçməyi bacardılar. Birinci yeri Arzu Mikayılovanın rəhbəri olduğu I A sinfi tutdu.Bütün iştirakçılara təşəkkürnamə verildi. Sərgidə xüsusi sevgi ilə, bacarıqla əl işlərinin nümayiş etdirən fidan balalar mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi