"Ana dilim şirindir"

21 Fevral respublikamızda "ANA DİLİ" günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizdə Azərbaycan dili və ədəbiyyatı fənn metodbirləşməsinin müəllimləri Gülnar Həşimovanın rəhbərliyi ilə "Ana dilim şirindir" mövzusunda dəyirmi masa keçirdilər. Məktəbin direktoru Səkinə xanım Məmmədova, dəvət olunmuş qonaqlar və şagirdlər dilimizin gözəlliyindən, şirinliyindən danışdılar.Tədbirdə maraqlı musiqi və mahnılar səsləndi.Tədbirin sonunda 2a və 2b siniflərinin əlaçı şagirdləri "Gənc Heydərçilər" sıralarına qəbul edildilər. Məktəbin direktoru təşkilatın Fəxri Diplomu ilə təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi