Məktəbimizin "Ədəbiyyat biliciləri"
2017-2018-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbimizdə bu müsabiqə həyata keçirildi.Bədii qiraətlə məşğul olan şagirdlər seçilərək müsabiqəyə cəlb olundu. Onlara oxuduğu kitabların əsasında təşkil olunmuş 10 sual və inşa yazı tapşırıldı. Fərqlənən şagirdlər rayon mərhələsinə göndəriləcək.Şagirdlərimiz arasında 54,35,20,18 bədii kitab oxuyanlarımız var.Ağazadə Rəna, Zeynalova Nəzrin,Nəbi Ülkər məktəb mərhələsinin qalibləri sırasındadırlar.