"Memorial Soyqırımı Muzeyi" ndə

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 9 fevral 2016-cı il tarixli 26 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyaları davam etdirilir.Məktəbimizin şagirdləri də "Memorial Soyqırımı Muzeyi"ndə olmuş, oradakı eksponatlarla tanış olmuş, etraflı və maraqlı məlumatları dinləmiş və sonda vidiofilmə tamaşa etmişlər.