Məktəbimizin şagirdləri Ümummilli liderin məzarını ziyarət edib

     Bu gün 12 dekabr-Ulu Öndərin anım günü ilə bağlı məktəbimizin müəllim və şagirdləri Fəxri Xiyabanda olmuşlar.Ulu Öndərin xatirəsini yad edən kollektivimiz məzarın önünə gül dəstələri qoymuşlar.Məktəbin direktoru R.Abdullayeva çıxış edərək bildirdi ki,Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-cü ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər. Daha sonra şagirdlərimiz Heydər Əliyevə həsr olunmuş çıxışlar etmış,şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi