12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü məktəbimizdə qeyd edilib

 Bu gün məktəbimizdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edildi.Tədbirdə məktəbin direktoru R.Abdullayeva,direktor müavinləri,müəllim kollektivi,şagirdlər iştirak edirdi.Tədbir başlanmazdan əvvəl Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru R.Abdullayeva Ulu Öndərin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışdı. O , qeyd etdi ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.Şagirdlər arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş viktorina keçirildi.Qalib gələn şagirdlər mükafatlandırıldı.Daha sonra şagirdlərin ifasında şeir və çıxışlar dinlənildi.Tədbirin sonunda Ümummilli liderin fəaliyyətini əks etdirən film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi