Məktəbimizdə "Narkomaniyaya qarşı mübarizə"tədbiri
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə məktəbimizdə narkomaniyaya qarşı maariflənləndirici növbəti tədbir keçirilib.Çıxışlarda narkomaniyanın qarşısının alınması ilə bağlı Azərbaycanda da davamlı işlər həyata keçirildiyini bildirib: "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir”.