Məkbəmizdə son zəng çalınıb

  Ölkəmizin hər yerində olduğu kumi bu gün məktəbimizdə də məzunlar üçün son zəng çalındı.Tədbirdə Binəqədi rayon aparatının baş məsləhətçisi Seymur Hacıyev iştirak edirdi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R.Abdullayeva bütün məzunları təbrik etdi. Qəbul imtahanlarında uğurlu nəticələr göstərən şagirdimiz Hidayətzadə Ləman təşəkkürnamə ilə təltif olundu.Bunu çıxışında xüsusi vurğulayan təhsil ocağının rəhbəri məzunları ikinci imtahanda daha yüksək nəticələr göstərəcəyinə əminliyini bildirdi.Tədbirdə çıxış edən valideynlər və şagirdlər məzunlara xoş arzularını çatdırıblar. Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı. Sonra məzunlar bilik rəmzi sayılan açarı 1-ci sinif şagirdlərinə təqdim etməklə estafeti onlara verdilər. Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi və onbirillik məktəb həyatının sonuncu zəngi çalındı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi