"Şəhidlər ölməzdir"

Ölkəmizin hər bir yerində, hər bir guşəsində olduğu kimi, məktəbimizdə də "Şəhidlər ölməzdir" adlı tədbirlər keçirilmişdir. 20 Yanvar hadisələrini əks etdirən foto stendlər, guşələr, rəsm sərgisi hazırlanmışdır. Məktəbin direktoru Səkinə Məmmədovanın çıxışı ilə başlayan müəllim və şagirdlərin iştirakı ilə keçirilən dəyirmi masada söylənilənlər "Qanlı Yanvar" hadisələrinin unudulmayacağını, nəsillərin qan yaddaşına əbədi yazılmış olduğunu subut edir. Siniflərdə ilk dərslər 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr edilmişdir. Keçirilən tədbirlərdə bu hadisələri əks etdirən video - filmlər nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi