Məktəbdə "Azərbaycan Xalq Cumhuriyyəti"nin 100 illiyi ilə bağlı tədbir keçirilib

Respublikamızın hər yerində olduğu kimi 25.05.18-ci il tarixində məktəbimizin akt zalında  öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmışdir.Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Həmin o gündən 100 il keçir.Tədbirdə məktəbimizin ibtidai sinif məllimi R.Osmanovanın rəhbərliyi ilə 3"a" sinfinin təşkil etdiyi ədəbi-bədii kompozisiya hamının ruhunu oxşadı.Şagirdlərimiz şeirlər söylədi, rəqsər və mahnılar ifa etdilər.Tədbirdə məktəbin tarix müəllimi İ.Orucəliyeva Azərbaycan Xalq Cumhuriyyətinin tarixi və inkişafı barədə geniş məlumat verdi.Tədbirin sonunda məktəbin direktoru  R,Abdullayeva çıxışında ulu öndər Heydər Əliyevin  “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisədir” sözlərini səsləndirdi və bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır..  Prezidentin bu sərəncamında bir daha  müasir müstəqil Azərbaycan Respublikasının  Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması,  Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyətinin  əks olunduğu diqqətə çatdırılır. R.Abdullayeva  çıxışını Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması  xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirilir” sözləri ilə bitirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi