“Hazırcavablar” intellektual oyununun növbəti qalibi V.Əzizov adına 30 nömrəli tam orta məktəbin komandası olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual oyun keçirilib.
Məktəbimizin şagirdləri Ağazadə Rəna, İsmayılov Əkbər,Səfərli Ayxan “Hazırcavablar” intellektual oyununda yarışıblar. Məktəblilər “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Tarix”, “Ordan-burdan” və “Futbol” bölmələri üzrə sualları cavablandırıblar.İntellektual oyunun nəticələrinə əsasən, məktəbimizin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.