Məktəbimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib
Məktəbimizdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır. Tədbirimizdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elnur Məmmədov qonaq olaraq iştirak edib. Çıxış edənlər ulu öndərin irsinin dərindən və hərtərəfli öyrənilməsinin əhəmiyyətindan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar.Məktəbimizin ibidai sinif müəlliməsi Musayeva Mətanət rəhbərlik etdiyi 3b sinfinin hazırladıqları bədii kompozisiyada Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub.Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin, fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər də nümayiş olunub