Məkəbimizin şagirdləri Təhsil Muzeyində olub

  Şagirdlərimizlə birgə Təhsil Muzeyində olduq.Təhsil Muzeyin daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir. Salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsi Heydər Əliyevin bu istiqamətdə fəaliyyətinə həsr edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində fəaliyyəti həmin bölmədə əks etdirilir.Salonun ikinci bölməsində müstəqillik illərində ölkəmizin təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, yeni dərsliklər, maketlər və digər eksponatlar nümayiş etdirilir. Burada Təhsil Nazirliyinin fəaliyyətini və beynəlxalq əlaqələri əks etdirən sənədlərə xüsusi yer ayrılmışdır. Üçüncü bölmədə sərgilənən sənəd və materiallar məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə, gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə həsr edilmişdir.Muzeyin əsas fondunda 31741 eksponat vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada nümayiş etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi