Məktəbimizdə "Oxu həftəsi" ilə əlaqədar tədbir keçirilib
Mütaliəyə diqqətin artırılması məqsədilə məktəbimizdə “Oxu həftəsi” ilə əlaqədar tədbir keçirildi. Bu tədbir hər kəsdə kitaba böyük maraq yaratdı.7-ci və 8-ci sinif şagirdləri bu layihənin həyata keçirilməsində fəal şəkildə iştirak etdilər. Oxuduqları və öyrəndikləri bədii əsərləri müzakirə edərək onların insan həyatında əhəmiyyətli rolundan danışdılar. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdı.