Məktəbimizdə Xocalı faciəsi anılıb
Məkəbimizdə Xocalı soyqrımına aid "Xocalım qan yaddaşım" adlı tədbir keçirilmışdir.Tədbirdə məktəbin direktoru R.Abdullayeva və məktəbin müəllimlərin iştirak edirdi. Şagirdlər öz çıxışlarında bildirdilər ki,1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla "ram etməyə" çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün hər bir azərbaycanlının məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Yaxın vaxtlarda arzumuzun çin olacağına əminik.