Məktəbimizdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

 Tədbirdə məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R.Abdullayeva Beynəlxalq Ana Dili Gününün tarixindən və özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yolundan danışıb.Tədbirlərdə şagirdlərlə ana dilinin varlığını hiss etmək, onu qorumaq və inkişaf etdirməklə bağlı söhbətlər aparılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunan videoçarxlar da nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi