Bu gün məktəbimizdə "Şəhidlərimiz əbədidir"adlı tədbir keçirilib
Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri açan məktəbin direktoru A.Rübabə xanım öz çıxışında 20 Yanvar faciəsi ilə bağlı respublikada və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin keçirildiyini qeyd edib. 20 Yanvar hadisələri haqqında danışan məktəbimizin direktoru vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Daha sonra məktəbin şagirdləri 28 il bundan öncə baş vermiş bu dəhşətli hadisənin təfərrüatları ilə bağlı hazırladıqları geniş təqdimatda 20 Yanvar faciəsinin tək Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır faciələrdən biri olduğunu göstəriblər.Tədbirin sonunda məktəbin direktoru və müəllimlər öz çıxışlarında şagirdləri bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün daha böyük səylə çalışmağa, bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyib.