Məktəbimizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirilib
V.Əzizov adına 30 nömrəli tam orta məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirildi.
Məktəbin pedaqoji kollektivinin, şagird və valideynlərin iştirak etdikləri tədbirdə məktəbin direktoru Səkinə Məmmədova çıxış edərək qeyd etdi ki, 31 dekabr artıq 27 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.Sonra məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirdi, şeirlər söyləydi, Şaxta baba və Qar qızla birgə rəqs edib və mahnılar səsləndirdilər.