Məktəbimizin 4-cü sinif şagirdi M.Aydan təşəkkürnamə alıb

  01 dekabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar keçirilmiş tədbirdə öz çıxışları ilə fərqlənən istedadlı gənclərin təltifedilməsi mərasimi keçirildi.Tədbirdə nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkədə aparılan dövlət gənclər siyasətinin davamı olaraq Binəqədi rayon rəhbərliyinin istedadlı, xüsusi bacarığa malik olan gənclərə, yeniyetmə və uşaqlara daim diqqət göstərdiyini bildirdi. Bu cür gənclərin daha da fəallaşması, rayon tədbirlərində çıxış etmələri üçün səy göstərildiyini, onların yaradıcılıq uğurlarının, fəaliyyətlərinin bundan sonra davam etdirilməsi istiqamətində stimulverici addımların atıldığını diqqətə çatdırdıTəltif olunan bütün gəncləri təbrik edərək onlara uğurlar arzuladı.Bu münasibətlə məktəbimizin 4-cü sinif şagirdi M.Aydan da öz təşəkkürnaməsini almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi