Məktəbimizdə 17 noyabr Milli Dirçəliş Günü qeyd edilib

  Məktəbimizdə 17 noyabr Milli Dirçəliş Günü qeyd olunmuşdur. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.Məktəbin direktoru S. Məmmədova çıxış edərək hamını təbrik etmiş  və bildirmişdir ki, Dirçəliş günü 25 il əvvəl - 17 noyabr 1992-ci ildə elan olunub.Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Məktəbin müəllimi R.Osmanova bu tarixi günün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışmış, Milli Dirçəliş Gününü xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi qiymətləndirmişdir.3a sinfi hazırladıqları şeir və mahnı ilə tədbirə rəng qatdılar

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi