Məktəbimizdə 9 noyabr Bayraq Günü qeyd edilib
Dövlət Bayrağı Günü respublikanın hər yerində olduğu kimi Binəqədi rayonundakı V.Əzizov adına 30 nömrəli tam orta məktəbdə də qeyd olunub. Məktəbdə keçirilən tədbirdə çıxış edən direktor müəllim kollektivini və şagirdləri əlamətdar gün münasibətilə təbrik etdi. Müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu bir daha vurğuladı. Şagirdlər bu mövzuda hazırladıqları şeir və mahnı ilə bayramda çıxış etdilər.