Məktəbimizdə Yeni Azərbycan Partiyasinin 25 illik fəaliyyətı münasibətilə tədbir keçirilib
Məktəbimizdə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən müəllim və şagirdlər Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq böyük və şərəfli yol keçidiyini vurğuladılar. Məktəbin müəllimi Xalıqova Nəzakət çıxış edərək bildirdi ki, ölkəmizin bugünkü inkişafında böyük xidmətləri olan partiya ötən illər ərzində xalqın ümidlərini doğruldaraq ümumxalq partiyasına çevrilib. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasət nəticəsində hazırda ölkəmiz güclü dövlətə çevrilib.