Məktəbimizdə 18 oktyabr Müstəqillik Günü qeyd edilib
Məktəbimizdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təqdimat layihəsı həyata keçirilib.Dövlət himninin səsləndirilməsi ilə başlayan təqdimatda 4 cü sinif şagirdləri hazırladıqları şeir və məruzə ilə oktyabrın 18-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olduğunu bir daha sübut etdilər. Şagirdlər öz çıxışlarında dünyanın bütün xalqları kimi, Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.