Məktəbimizdə son zəng çalınıb
Bugün V.Əzizov adına 30 nömrəli tam orta məktəbində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirdə bütün məktəb kollektivi, 11-ci sinif valideynləri və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında məktəbin qarşısında keçirildi. 11cilər məktəb illəri və onun həyəcanlı xatirələri ilə tədbirə başladılar. Aparıcılar tədbir iştirakçılarını təbrik etdilər. Sonra söz məktəbin direktoru S.Məmmədovaya verildi. O, 11ciləri "Son zəng" tədbiri ilə əlaqədar təbrik etdi və gələcək həyatlarında onlara bir daha müvəffəqiyyətlər arzuladı. S.Məmmədova məktəb kollektivinin uğurlarını qeyd edərək prezidentimiz İlham Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi.Məzunları təbrik etdi.Tədbirdə iştirak edən digər qonaqlar da məzunlara və məktəbin kollektivinə uğurlar arzuladı.Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu, daha sonra son zəng çalındı.