"Təbiətı sevək,sevdirək"devizi altında tədbir keçirilib

Məktəbimizin şagirdləri Mərkəzi Nəbatət Bağında olmuşlar.Onlar Botanıka bağının tarıxı haqqında genış məlumat aldılar.Bitkiləri yaxşı tanımaq lazım olduğu düşüncəsi ilə bağda olan kolleksiyaları tanıdılar. Burada dekorativ, dərman və təsərüffat əhəmiyyətli ağac və bitki kolleksiyaları ilə tanış oldular. Məktəblilər öyrəndilər ki,şəhərimizin ən yüksək nöqtəsində, dəniz səviyyəsindən 105-135 m hündürlükdə yerləşən Mərkəzi Nəbatat Bağı, Bakının yaşıl zonasına daxil olaraq, onun ekoloji baxımdan təmiz mədəni mərkəzlərindən biri hesab olunur və həmçinin mədəni-maarif ocağı kimi biologiya elminin nailiyyətlərini əhali arasında təbliğ edir. Bakıda botaniki tədqiqatların praktiki bazası sayılan Mərkəzi Nəbatat Bağının olması, eyni zamanda respublikada bioloji müxtəlifliyin saxlanılması üçün strateji mühüm olan təbiəti mühafizə obyekti kimi, cəmiyyətdə botanika elminin populyarlaşması və əhalinin ekoloji təfəkkürünün inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi